Livanlı iş adamı separatçı rejimin rəhbərləri ilə görüşüb

Livanlı iş adamı separatçı rejimin rəhbərləri ilə görüşüb

Livanlı iş adamı, “Gardenia Lebanese Farms” şirkətinin prezidenti Nikolya Əbu Feysəl Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, ərəb iş adamı bölgədə 300 hektar sahədə fındıq bağları salmaq istəyir. O bunun üçün Xocavənd və keçmiş Ağdərə rayonlarının ərazisini gözdən keçirir.

Ərəb biznesmen Xankəndinə gedərək, separatçı rejimin rəhbərləri ilə görüşüb və öz investisiya planını təqdim edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə