Yaponiyada sel 134 nəfərin həyatına son qoyub

Yaponiyada sel 134 nəfərin həyatına son qoyub

Yaponiyada yağan güclü yağış nəticəsində 134 nəfər ölüb, 88 nəfər itkin düşüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Tokio Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Yesixide Suqa keçirdiyi mətbuat konfransında açıqlayıb.

O bildirib ki, itkin düşənlərin yeri və təhlükəsizliyi ilə bağlı heç bir məlumat əldə edilməyib.

"100-lərlə şahidin bizə ötürdüyü məlumata görə, sel içərisində insanlar olan avtomobilləri aparıb. Zərərçəkən ərazilərə 20 milyo dollardan çox vəsait ayrılıb" - deyə hökümət rəsmisi qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə