Nikaraquda etiraz aksiyaları zamanı ölənlərin sayı 309-a artıb

Nikaraquda etiraz aksiyaları zamanı ölənlərin sayı 309-a artıb

Nikaraquada etiraz aksiyası zamanı 14 nəfər öldürülüb.. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Vilyam Nunes açıqlamasında deyib.

"Bu çox dəhşətlidir. Ölənlərin sayı 14 nəfərə çatıb. Bu say arta bilər. Öldürülənlər arasında polislər də olub",- deyə mərkəz rəhbəri açıqlayıb.

Lakin yerli mətbuat 7 nəfərin öldüyünü və 30-dan çox şəxsin yaralandığını açıqlayıb.

Qeyd edək ki, Nikaraquada aprelon 18-dən etibarən işəgötürənlərin və işçilərin sosial sığorta fondları ilə bağlı məbləğinin artmasını nəzərdə tutan qərarla bağlı etiraz aksiyaları keçirilir. Dövlət başçısı qərarı lğv etsə də lakin kütləvi çıxışlar hələ də davam etməkdədir. Nazarı olanlar növbədənkənar seçkilərin keçirilməsini tələb etsələr də, prezident buna qəti şəkildə etiraz edir. Hüquq müdafiəçilərinin son məlumatlarına görə, etirazlar zamanı 309 nəfər ölüb, yeni qurbanların sayı isə 323 nəfərdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə