Tibbi helikopter qəzaya uğrayıb yaralılar var

Tibbi helikopter qəzaya uğrayıb yaralılar var

Ötən gün axşam Çikaqo şəhərində tibbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər ağır yaralanıb. SİA-nın Federal Aviasiya Təşkilata istinadən verdiyi məlumata əsasən, pilot təxminən saat 09:15-də "Eurocopter 135" hava təcili yardım xidmətinə radio çağırış edib. Verilən məlumata əsasən helikopter 57 nömrəli ştatlararası avtomobil trasında yolun üzərinə düşüb.

Yerli mətbuatın məlumatına görə, hava təcili yardım helikopterində olan 1 nəfər ağır vəziyyətdə, pilot və digər iki nəfər isə Çikaqo xəstəxanalarının birində sabit vəziyyətdə olaraq yerləşdiriliblər.

Qeyd edək ki, yerdə heç kim zərər çəkməyib. Milli Nəqliyyat Təhlükəsizlik Şurası qəzanın araşdırılması istiqamətində tədbirlər həyata keçirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə