Nepalın Mustanq bölgəsində yük maşının dağ yolundan aşması nəticəsində azı 20 nəfər ölüb, 12 nəfər yaralanıb. Bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb. RİA Novosti agentliyi xəbər verir ki, əyalət administrasiyasının rəhbəri Şişir Paudelin verdiyi məlumata görə, yol fəhlələrini daşıyan yük maşınının sürücüsü çınqıllıqda maşını idarə etmək qabiliyyətini itirib və avtomobil 50 metr hündürlükdən aşıb. Qəza nəticəsində 14 kişi və 6 qadın dərhal ölüb. Üç yaralını hərbi helikopterdə Pokhara şəhərindəki hospitala aparıblar. Digər doqquz nəfər Mustanqda xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB