Əfqanıstanın Qazni vilayətində baş vermiş iki partlayış nəticəsində 3 uşaq ölüb, yeddisi xəsarət alıb. Bu barədə "RİA Novosti" xəbər yayıb. Vilayətin rəhbəri Gilan Məhəmməd Kərim Gilanvalın sözlərinə görə, partlayış zamanı uşaqlar bir yerdə oynayırmış: "Birinci partlayışda 3 uşaq ölüb, dördü isə yaralanıb. Digər partlayışda 10-15 yaşında daha üç uşaq xəsarət alıb. Xəsarət alan uşaqların vəziyyəti ağırdır. Onlar yerli xəstəxanaya yerləşdirilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB