XİN rəhbəri: "İraq PKK-dan tam təmizlənənədək"

XİN rəhbəri: "İraq PKK-dan tam təmizlənənədək"

Türkiyə ilə ABŞ-ın hərbi birləşmələrinin Suriyanın Mənbiç bölgəsində həyata keçirdiyi antiterror əməliyyatı planlaşdırıldığı kimi davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlunun sözlərinə görə, əməliyyat nəticəsində YPG/PKK terror təşkilatı bölgədən çəkilib. O bildirib ki, Mənbiç terrorçulardan təmizlənəndən sonra əməliyyatlar başqa bölgələrə keçiriləcək.

"İraq PKK-dan tam təmizlənənədək, əməliyyatlar davam edəcək"-deyə, o bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə