PYD/YPG terrorçuları Suriyanın Münbic bölgəsindən çıxarılandan sonra Süleyman şah türbəsi bərpa olunacaq. Türkiyə mətbuatı yazır ki, türbənin qorunmasına cavabdeh olan Urfa briqadası Münbiç və Karakozak bölgəsinin mühafizəsini də öz üzərinə götürüb. Briqada türbənin əvvəlki yerinə köçürülməsi üçün əmr gözləyir.
Qeyd edək ki, Süleyman Şah Türbəsi Suriyanın Hələb vilayətinin Karakozak kəndində yerləşir. Bura Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə ərazidir.
Xatırladaq ki, 2014-cü il martın 13-də Azad Suriya Ordusu ilə İŞİD terror qruplaşması arasındakı qarşıdurmalar nəticəsində Karakozak kəndi və türbənin olduğu bölgə İŞİD-in nəzarətinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB