Almaniyanın daxili işlər naziri Horst Seehofer istefaya hazır olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daxili işlər naziri və “Xristian-sosialist ittifaqı”nın lideri Horst Seehofer, miqrasiya siyasəti ilə bağlı kansler Angela Merkellə fikir ayrılığı yaşayıb.
Seehofer hər iki postundan imtina etməyə hazır olduğunu bildirib. O, Merkelin Avropa İttifaqı ilə əldə etdiyi razılaşmanı müsbət qarşılamayıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB