ABŞ Menbiçdə daha bir hərbi baza qurub

ABŞ Menbiçdə daha bir hərbi baza qurub

ABŞ Suriyanın şimalında Menbiç şəhərində daha bir hərbi baza qurub. Axar.az xəbər verir ki, yeni yaradılan baza ilə Menbiçdəki hərbi bazaların sayı 3-ə çatıb. Menbiç Hərbi Məclisinin rəsmiləri ABŞ-ın Menbiç şəhərində hərbi mövcudluğunu artırdığı və regionda yeni hərbi bazalar qurduğunu bildirib.

Qeyd edək ki, ABŞ-ın bununla Suriyadakı hərbi bazalarının sayı 25-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə