İsrail parlamenti təsdiqlədiyi yeni qanun ilə Orta Şərqdə sülhə olan ümidləri azaldıb. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bundan sonra İsrailin hər hansı bir mübahisəli bölgədən çəkilməsi üçün parlamentin üçdə ikisinin səsini almaq lazımdır.
İsrail parlamentinin qəbul etdiyi qanun Suriya ilə mübahisəli olan Colan təpələri və Fələstin Müxtariyyəti ilə mübahisəli olan Şərqi Qüdsdən geri çəkilməyi əhatə edir. Əgər İsrail parlamentində üçdə ikilik səs çoxluğu mümkün olmazsa, qərar referenduma çıxarılacaq.
Ekspertlər İsrailin bu addımı ilə hökumətin bu bölgələrdən çəkilmə qərarını çətinləşdirərək sülh danışıqlarını daha çətin bir hala gətirəcəyini ifadə edirlər. Fələstin isə qərarı pisləyərək İsrailin beynəlxalq hüquqla zarafat etdiyini bildirib. Fələstinin baş müşaviri Saib Ərəkat söyləyib ki, İsrail uzunmüddətli bir sülh istəyirsə, bunun ancaq Şərqi Qüds, Suriyanın Colan təpələri və qalan Livan torpaqları da daxil olmaqla, 1967-ci ildə işğal etdiyi bütün ərəb torpaqlarından geri çəkilməsindən sonra mümkün olacağını başa düşməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB