"NATO Əfqanıstanda heç zaman şəffaf hərəkət etmədi." Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov KTMT-nin toplantısından sonra bildirib.
"Bütün nazirlər Əfqanıstanda sabitliyin yaradılmasının lazım olduğunu düşünürlər. Suriya və İraqdakı İŞİD də daxil olmaqla, terroçuların bu ölkəyə sızmasından, KTMT ölkələrinin yaxınlığında istehkam qurmalarından narahat oluruq", - Lavrov söyləyib.
Lavrov Əfqanıstanda naməlum helikopterlərin terroçuların olduğu bölgələrə getdiyini bildirib: "NATO və ABŞ Əfqanıstan hava məkanına tamamilə nəzarət edir. Sözügedən helikopterlərdən xəbərsiz olmaları qeyri-mümkündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB