ABŞ-ın Florida ştatında naməlum şəxslə polis arasında atışma baş verib. SİA-nın verdiyi məlumata görə, atışmadan sonra naməlum şəxs dörd uşağı girov götürüb. Orlando şəhər polisinin sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları evdə zorakılıq siqnalı üzrə mənzillərdən birinə çağırılıblar. Təqsirləndirilən şəxs saxlanılarkən polislə onun arasında atışma olub və bir polis ağır yaralanıb.
Hadisə yerinə xüsusi təyinatlılar gəlib.
Hazırda cinayətkarla polis arasında danışıqlar aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB