Yaponiyada avtomobil supermarketə girib

Yaponiyada avtomobil supermarketə girib

Bazar günü Yaponiyanın paytaxtı Tokiodan şimal-qərbdə yerləşən Sibukava şəhərində avtomobilin supermarketə girməsi nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb. Yaralılardan biri ölümcül vəziyyətdədir, daha 9 nəfər vəziyyəti isə ağırdır.

55 yaşlı sürücü xəsarət almayıb. O, hadisə yerində həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə