Putin: "Şanxay Təşkilatı G7-dən güclüdür"

Putin: "Şanxay Təşkilatı G7-dən güclüdür"

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın Rusiyanın G8 zirvəsinə qaytarılması barədə fikirlərinə reaksiya verib. Axar.az xəbər verir ki, Putin ölkəsinin G8-dən çıxmadığını qeyd edib.

“Məlum səbəblərə görə, həmkarlarımız Rusiyaya gəlməkdən imtina ediblər. Buyursunlar, biz onların hər birini, bizim Moskvada görməyə şad olarıq”, - Putin bildirib.

Putin həmçinin BVF-nin göstəricilərinə əsasən artıq Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin alıcılıq gücü paritetinə görə G7-dən üstün olduğunu açıqlayıb . Qeyd edək ki, Donald Tramp açıqlamasında Rusiyanın G8-ə qayıtmasının vacib olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə