ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İn ilə görüşmək üçün şənbə günü Kvebekdən Sinqapura uçub. SİA xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, ABŞ prezidenti Kanadada keçirilən G7 sammitini digər liderlərdən əvvəl tərk edib.
Ağ Evin başçısı bildirib ki, Kim Çen İnlə danışıqların “arzu olunan nəticə”yə - Koreya yarımadasının nüvəsizləşdirilməsinə gətirib çıxarıb-çıxarmayacağı görüşün elə ilk dəqiqələrindən məlum olacaq.
KXDR və ABŞ liderlərinin tarixi görüşü iyunun 12-də Sinqapurun Sentos adasında yerləşən “Capella” otelində keçiriləcək. Donald Tramp bir müddət əvvəl bəyan etmişdir ki, sammit zamanı hər hansı sənəd imzalamağı planlaşdırmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB