Roma metrosunda partlayış həyəcanı

Roma metrosunda partlayış həyəcanı

Roma metrosunda partlayış həyəcanı yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə “Polikliniko” stansiyasında baş verib.

Naqilin qırılması ilə meydana gələn qığılcımlar və tüstü partlayış qorxusu yaratdığından hadisə yerinə qəza-xilasetmə xidmətinin əməkdaşları çağırılıb. Partlayış həyəcanı Roma metrosunun B xəttində hərəkətin dayanmasına səbəb olub. Stansiyaya çatmaqda olan qatar tuneldə dayandırılıb və sərnişinlər təxliyə edilib.

Xəsarət alanlarla bağlı məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə