Tramp Kanadanın Baş nazirini "topa tutdu"

Tramp Kanadanın Baş nazirini "topa tutdu"

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının artırılması ilə bağlı Kanada Baş naziri Castin Trudonun tənqidlərinə cavab verib. Tərəflər arasında baş tutan telefon danışığı zamanı Trudo polad və alimünümla bağlı 25 faizlik vergi rüsmlarından şikayətlənib. Tramp da öz növbəsində “Ağ Evi yandıran siz kanadalılar deyildinizmi?” deyə Trudonu ittiham edib.

Qeyd edək ki, Trampın bəhs etdiyi olay 1814-ci ildə ingilis müstəmləkəçilərinin hücumları ərəfəsində baş vermişdi.. İngilislər Vaşinqtonu işğal edərək Ağ Ev və ABŞ Konqresini yandırmışdı. Kanada isə o zaman müstəqil dövlət deyildi və bu savaşda müstəmləkə dövləti olaraq ingilislərin tərəfində vuruşurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə