Qətər NATO-ya üzv olmaq niyyətindədir. SİA-nın verdiyi məlumata görə, bu barədə Qətərin müdafiə naziri Xalid İbn Məhəmməd əl-Attaiya açıqlama verib.
O bildirib ki, əgər Qətərin NATO ilə əməkdaşlığı inkişaf etsə, əsas məqsəd tamhüquqlu üzv seçilmək olacaq.
Nazirin sözlərinə görə, Qətər NATO-nun ixtisaslaşmış mərkəzlərindən birinə ev sahibliyi edə bilər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn terrorçuluğa dəstək məqsədilə Qətərlə diplomatik əlaqələrini kəsib və ona 13 maddəlik şərt irəli sürüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB