500-ə yaxın metro işçisi etiraz tətilinə qoşulub

500-ə yaxın metro işçisi etiraz tətilinə qoşulub

Tbilisi metrosunun 500-ə yaxın işçisi iyunun 4-də başlayan etiraz tətilinə qoşulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, işçilərdən 140-ı aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, iyunun 4-dən Tbilisi metrosunun maşinstləri əmək haqqlarının artırılması tələbi ilə tətilə başlayıblar. Onlar tələbləri yerinə yetirilməyənədək işə çıxmayacaqlarını bildiriblər. Maşinsitlər maaşlarının 45 faiz artırılmasını tələb edirlər.

Xatırladaq ki, tətilin təşkilatçısı “Ertoba2013” Metro Maşinistlərinin Həmkarlar Təşkilatıdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə