Vulkan püskürməsi 25 nəfərin həyatına son qoydu

Vulkan püskürməsi 25 nəfərin həyatına son qoydu

Qvetamalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 25 nəfər çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə 300 nəfərin yaralandığı, 7 nəfərin isə öldüyü açıqlanmışdı.

Son məlumatlara görə, 653 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, hazırki vulkan püskürməsi son illərin ən güclülərindən biri hesab olunur. Vulkan 10 kilometrə qədər yüksəkliyə püskürür. Vulkandan çıxan kül külək istiqamətində saatda 40 kilometr sürətlə yayılıb.

Qvatemala hakimiyyəti tərəfindən bir neçə bölgəyə xəbərdarlıq edilib. Fueqonun aktiv olması n\əticəsində ölkənin paytaxtında yerləşən beynəlxalq hava limanının fəaliyyəti dayandırılıb.

Meksikanın prezidenti Enrique Peña Nieto, Qvatemalaya başsağlığı verməklə yanaşı, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində kömək etməyə hazır olduğunu bəyan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə