Moskvada mer seçkiləri bu ilin sentyabrın 9-da keçiriləcək. SİA-nın Rusiya mıətbuatına istinadən verdiyi xəbərə görə, seçkilərin tarixi ilə bağlı qərar Moskva Şəhər Dumasının bu gün keçirilən iclasında qəbul edilib
Qeyd edək ki, Moskva Şəhər Duması Moskva meri təyin edilməsi haqqında qətnamə layihəsini sonuncu oxunuşda qəbul edib.
Xatırladaq ki, Moskvanın əvvəlki meri Sergey Sobyanin növbəti seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib. O bu vəzifəni 2010-cu ildən bəri davam etdirir. Hələlik Sobyaninə rəqib namizəd yoxdur.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB