İrəvanda xlorlu sudan kütləvi zəhərlənmə

İrəvanda xlorlu sudan kütləvi zəhərlənmə

İrəvanda kütləvi zəhərlənmə halı qeydə alınıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, insanların kütləvi şəkildə xlordan zəhərləndiyi deyilir. Məlumata görə, gecə saatlarından başlayaraq tibb məntəqələrinə zəhərlənmə ilə bağlı müraciətlərin daxil olduğu açıqlanıb.

Məlum olub ki, İrəvanda 13 nəfər zərərçəkən təcili olaraq xəstəxanaya çatdırlıb. Onların hər birininin İrəvanda yerləşən "Soçi Sarayı" kompleksində hovuzda üzdükləri açıqlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə