Türkiyə: "Arxasında Amerika da olsa, fərq etməz"

Türkiyə: "Arxasında Amerika da olsa, fərq etməz"

"Fəratın qərbində işimiz tamamlandı, şərqində də eynisi olacaq." Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

“Bunun başqa yolu yoxdur. Heç bir zaman terrorla üz-üzə yaşaya bilmərik. Buna icazə vermərik. Arxasında Amerika da olsa, fərq etməz. Məsələ məmləkət məsələsi olanda geri qalanlar təfərrüatdır. Bizim şüarımız budur. İndi Menbiç məsələsində təkidlərimizin nəticəsində bir nöqtəyə gələ bilmişik və geri addım atmayanlar yavaş-yavaş “bu işi oturub danışaq” deyirlər”, - baş nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə