İrəvan Dövlət Universitetinin rektoru xəstəxanaya yerləşdirilib. SİA-nın xəbərinə görə, bu barədə Universitetin mətbuat katibi Emin Teryan öz şəxsi Facebook səhifəsində yazıb.
Belə ki, İrəvan Dövlət Universitetinin tələbələri rektorun istefa verməsini tələb ediblər və bunun üçün onlar rektoru akt zalında bağlı saxlayıblar.
Qeyd edək ki, tədbir təşkilatçılarından biri David Petrosyan jurnalistlərə məlumatında bildirib ki, universitetdə təhsilin aşağı səviyyədə olması ilə bağlı problemlər yaranıb. Rektor bu kimi problemləri həll edə bilmədiyi üçün tələbələr rektorun istefa verməsini istəyiblər.
Məlumata görə rektor 10 dəqiqədən artıq akt zalında bağlı qalıb, ancaq təzyiqlərə baxmayaraq istefaya getməyəcəyini bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB