Mahmud Abbas Fələstində 3 günlük matəm elan edib

Mahmud Abbas Fələstində 3 günlük matəm elan edib

Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib. Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümumi tətilin başlanmasını elan edib.

Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə