Məhərrəm İncə: "Vaşinqtondakı səfiri geri çağırın"

Məhərrəm İncə: "Vaşinqtondakı səfiri geri çağırın"

"Biz buradan ABŞ-ı pisləyirik. Türkiyə Cümhuriyyətini idarə edənlərə müraciət edirəm. Vaşinqtondakı səfiri geri çağırın." Axar.az xəbər verir ki, bu sözləri CHP lideri Məhərrəm İncə bildirib.

"Allahın izni ilə Rəcəb Tayyib Ərdoğanın 2013-cü ildə verdiyi sözlərin davamçısıyam. Qəzzaya gedəcəyəm deyirdi, getmədi. Sizə söz verirəm, məni prezident seçin, Qəzzaya gedəcəm", - İncə qeyd edib.

Xatırladaq ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən minlərlə fələstinli sərhədə axın edib. İsrail ordusunun etirazçılara müdaxiləsi nəticəsində 41 nəfər ölüb, 1700 nəfər yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə