Sabiq Baş nazirinin ölkədən çıxmasına qadağa qoyulub
Malayziyanın hakimiyyət orqanları sabiq Baş nazir Nacib Razakın ölkədən çıxmasını qadağan edib. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə Malayziya İmmiqrasiya İdarəsinin mayın 12-də yaydığı bəyanatında deyilir.
"Nacib Razak və həyat yoldaşı ölkədən çıxmasına qadağa qoyulan şəxslərin siyahısına salınıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, mayın 9-da keçirilən parlament seçkilərində məğlub olan Nacib bu gün həyat yoldaşı ilə birgə İndoneziyaya getməyi planlaşdırırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB