Prezident cərimələndi

Rumıniyanın ayrı-seçkiliklə Mübarizə üzrə Milli Şurasının idarə heyəti ölkə prezidenti Klaus Yohannisə "cinayətkarlar" sözünü ifadə etdiyi üçün 444 avro cərimə kəsilməsi ilə bağlı qərar qəbul edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qəbul olunan qərara görə, prezidentin bu cür ifadə işlətməsi ayrı-seçkilikdir və bu, məhkum edilmədən məhkəmə proseslərində iştirak edən şəxslərin hüquqlarını pozur. Deyilənlərə görə qərar hökumətin 137/2000 saylı qətnaməsindən 15-ci maddəsinə əsasın qəbul edilib.

Prezident administrasiyası Yohannisin bu qərara etiraz edəcəyini açıqlayıb: "Rumıniya prezidenti hesab edir ki, bu, siyasi bir qərardır və bununla bağlı səlahiyyətli orqana etiraz bildiriləcək".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə