Türkiyədə bələdiyyə sədri öldürülüb

Türkiyədə bələdiyyə sədri öldürülüb

Türkiyənin Niğdə şəhərində Yeşilgölcük bələdiyyəsinin sədri Hakkı Şəngül silahlı hücum nəticəsində öldürülüb. Axar.az xəbər verir ki, Şəngül bələdiyyədə mövsümi olaraq çalışan işçilərdən biri tərəfindən güllələnib. 4 güllə yarası alan sədr xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən şəxs jandarma təslim olub. Hadisə ilə bağlı istintaq başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə