Qazaxıstan silkələndi
Qazaxıstanda 5.5 bal gücündə zəlzələ olub. SİA-nın Qazaxıstanın Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Eksperimental-Metodik Seysmoloji Ekspedisiyasına istinadən verdiyi məlumata əsasən, zəlzələ yerli vaxtla 13:06-da baş verib. "Zəlzələnin episentri Almatı şəhərindən 321 km şimal-şərqdə Qazaxıstan ərazisində yerləşib. Zəlzələnin energi sinfi - 11.9. Maqnitudası - 5.5 bal", deyə EMSE-nin məlumatında deyilir. Zəlzələ ocağının dərinliyi 5 km olub.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə