KXDR və Cənubi Koreya arasında daha bir uzlaşma

KXDR və Cənubi Koreya arasında daha bir uzlaşma

KXDR Cənubi Koreya ilə vahid vaxt rejiminə qayıdıb. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

"Pxenyanda vaxt rejimi dəyişdirilib. Nəticədə Şimal və Cənubun standart vaxtı vahid şəkilə salınıb", - deyə bəyanatda bildirilir. Qeyd olunur ki, bu, iki Koreyanın birləşdirilməsi prosesinin sürətləndirilməsi üçün atılmış praktiki bir addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə