İsraildən Rusiyaya etiraz

Tel-Əviv Suriyaya “S-300”lərin tədarükünə qarşıdır

"İsrail Suriyanın "S-300” zenit-raket kompleksləri ilə təchiz edilməsinin əleyhinədir və Rusiya ilə qarşılıqlı əlaqə kanalları vasitəsilə buna mane olmağa çalışır”. Bunu "Ria Novosti”yə müsahibəsində İsrailin sabiq müdafiə naziri Moşe Yalon bildirib.

"Təbii ki, bu bizim xoşumuza gəlmir. "S-300” zenit-raket kompleksləri daha qüdrətlidir və bu da İsrailin ürəyincə deyil. Biz Suriya Hava Hücumundan Müdafiə sistemini dəf etməyə hazırıq. Bundan sonra İsrail "S-300” zenit-raket komplekslərini araşdırmağa başlayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə