İranda “Teleqram” şəbəkəsi bağlanır

İranda “Teleqram” şəbəkəsi bağlanır

İran məhkəməsi “Teleqram” şəbəkəsinin ölkə ərazisində bağlanmasına dair qərar qəbul edib. Məlumata görə, qərarda deyilir ki, vətəndaşların və dövlət qurumlarının çoxsaylı şikayətlərinə əsasən, İran ərazisində “Teleqram” mesencer şəbəkəsi qadağan edilir. Onun əvəzinə isə milli “Soroush” şəbəkəsi istifadəyə verilir.

Qeyd edək ki, İranda 45 milyon insan “Teleqram” şəbəkəsindən istifadə edir. Ötən ilin dekabrında ölkədə baş verən kütləvi çıxışlardan sonra dini elita bu şəbəkənin bağlanmasını təklif etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə