Rusiya Fələstinə silahsız 50 zirehli maşın verəcək

Rusiya Fələstinə silahsız 50 zirehli maşın verəcək

Rusiya müsləman ölkələrinə jest etmək fikrinə gəlib. Belə ki, rəsmi Moskva Fələstinə əlavə yardımlar etmək üçün qərar qəbul edib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı Rusiya Federasiya Şurasının sədri Sergey Mironov verib: "Cənab Abbas Rusiyanın yardımları üçün təşəkkürünü bildirdi. Tez-tez Rusiyaya səfər etdiyini də dedi. Mən bilirəm ki, o sadəcə Moskvaya yox, Çeçenistana, Dağıstana və Tatarıstana da səfər edir".

 

Eyni zamanda Sergey Mironov Fələstinə silahsız 50 zirehli maşın verdiklərini də deyib. O, qeyd edib ki, zirehli maşınlar hal-hazırda İordaniyadadır və indi bu texniki vasitələrin Fələstinə keçirmək üçün İsraillə təmas qurulur: "Rusiya öhdəsinə düşənləri yerinə yetirir. Təbii ki, bu zirehli maşınlarda silah yoxdur. Bu, mülki əhalinin qorunması üçündür".

Bütün xəbərlər Facebook səhifəmizdə