ABŞ Ukraynaya “Javelin” tank əleyhinə raket kompleksləri göndərib. APA-nın xəbərinə görə, detallar hələlik məlum deyil. “Silahlar artıq göndərilib”, - deyə Dövlət Departamentinin rəsmi şəxslərindən biri söyləyib.
Qeyd edək ki, 2017-ci ilin sonunda ABŞ hökuməti Ukraynaya letal (öldürücü) silahlar, o cümlədən "Javelin” tank əleyhinə raket kompleksinin verilməsi barədə qərar qəbul edib. 2018-ci il martın 2-də Dövlət Departamenti Ukraynaya 47 milyon dollar dəyərində 210 ədəd “Javelin” raketi və onlar üçün 47 buraxıcı qurğunun göndərilməsini bəyənib. Xatırladaq ki, Barak Obama dövründə ABŞ Ukraynaya yalnız qeyri-letal hərbi sistemlər verirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB