Köçəryan: "Hakimiyyət çamadan deyil ki, götürüb verəsən"

Köçəryan: "Hakimiyyət çamadan deyil ki, götürüb verəsən"

“Mənim addımım” hərəkatının lideri Nikol Paşinyanın fəaliyyəti qəbuledilməzdir. Bu barədə NTV kanalına açıqlamasında Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.

“Nikol Paşinyan nə istəyir? Hakimiyyəti mənə verin, dərhal. Hakimiyyət çamadan deyil ki, götürüb verəsən. Bu, konkret şəxslərdir – parlament, deputat korpusu, onların da öz mənliyi var”, - Köçəryan deyib. O bildirib ki, Paşinyan hakimiyyəti və deputatları öz vicdanları, öz baxışları, siyasətə münasibətləri əleyhinə getməyə məcbur edir:

“Kütləvi surətdə onları şantaj etmək olduqca qorxulu vəziyyətdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə