Səudiyyə Ərəbistanı gələn ay Gürcüstanda səfirlik açacaq

Səudiyyə Ərəbistanı gələn ay Gürcüstanda səfirlik açacaq

Bu ilin mayında Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açacaq. APA-nın "apsny.ge" saytına istinadən verdiyi məlumata görə, bu, Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfiri Georgiya Cancqavanın Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin nümayəndəsi ilə görüşdə məlum olub.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin rəsmi notasında bildirilib ki, Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətlər və tərəflərin bu münasibətlərin inkişafı arzulamasını nəzərə alınaraq, 2018-ci ilin mayında Səudiyyə Ərəbistanının Tbilisidə səfirliyi açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə