Bu gün Tramp Ağ evdə Merkeli qarşılayacaq

Bu gün Tramp Ağ evdə Merkeli qarşılayacaq

AFR kansleri Angela Merkel dünən axşam Berlindən Vaşinqtona yola düşüb. SİA-nın məlumatına görə, bu gün Vaşinqton vaxti ilə saat 11:35-də Amerika Prezidenti Donald Tramp Ağ evin kandarında onu qarşılayacaq. Sonra Merkel fəxri qonaqlar kitabında ürək sözlərini yazacaq.

Bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronun Ağ evə gəlişində olduğu kimi, Angela Merkelin şərəfinə də hər hansı təntənəli mərasim və ya bayram banketi təşkil edilməsi nəzərdə tutulmur. Fransa rəhbərinin səfərindən fərqli olaraq Merkelin səfəri dövlət tədbiri deyil, xalis işgüzar səfərdir.

Səfərin proqramına əsasən Merkel 20 dəqiqə Trampla təkbətək danışıqlar aparacaq, sonra saatyarımlıq geniş tərkibdə görüş, yarım saatlıq mətbuat konfransı keçiriləcək, yerli vaxtla saat 14:05-də isə Merkel vətənə yola düşəcək.

Almaniya hökuməti başçısının müşavirləri brifinqdə Merkelin ABŞ-a səfərinin məqsədləri barədə məlumat veriblər. Bu brifinq bəlkə də Merkelin Ağ evdə danışıqları üçün ayrılmış vaxtdan çox davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə