Rusiyanın enerji nəhəngi olan "Qazprom" şirkəti təbii qazın satış qiymətlərini yenidən qaldırır. SİA-nın "Ria-Novosti"yə istinadən verdiyi məlumata görə, "Qazprom" 2010-cu ilin dördüncü dördüncü təbii qazın min kubmetrini orta hesabla 327 dollara satmağı nəzərdə tutur. Şirkət ilin üçüncü rübündə Avropa bazarına qazın min kubmetrini 318 dollardan verib.
"Qazprom" rəhbərinin köməkçisi Aleksandr Medvedev da bilirib ki, 2010-cu ilin ilk rübündə 293, ikinci rübündə 289,5, üçüncü rübündə 318 dollar olan təbii qazın qiymətini dördüncü rübdə 327 dollara çıxarmağı planlaşdırır. Medvedev şirkətin 2010-cu il üçün təbii qazın ortalama qiymət gözləntisinin 308 dollar olduğunu açıqlayıb. Şirkətin gəlirləri də ilin ilk yarısında 17 faiz artaraq 1 trilyon 721 milyard rubla (55,2 milyard dollar) çatıb. Şirkət keçən ilin eyni dövründə 1,5 trilyon rubl gəlir əldə etmişdi.
"Qazprom"un 2009-cu ilin ilk yarısında 228,4 milyard kubmetr təbii qaz satıb. 2010-cu ilin ilk yarısında isə bu 259,3 milyard kubmetrə qədər artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB