ABŞ Suriyanın Əbu Kamal şəhərində İŞİD terrorçularının aktivliyinin artdığını müşahidə edir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ koalisiyasının sözçüsü Ryan Dillon jurnalistlərə açıqlamasında deyib.
“ABŞ kəşfiyyatının məlumatına görə, İŞİD Əbu Kamalda, Fərat çayının qərbində Suriya rejim qüvvələrinə qarşı böyük hücumlara hazırlaşır. Əgər biz görsək ki, İŞİD yenidən Fəratın qərbində peyda olub, o zaman bu barədə Rusiyaya məlumat verəcəyik və güman edirik ki, bununla bağlı tədbirlər görüləcək”, - deyə Dillon bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB