Türkiyədə PKK-çılarla atışmada 2 əsgər şəhid olub

Türkiyədə PKK-çılarla atışmada 2 əsgər şəhid olub

Türkiyədə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı Dağı bölgəsində, Doğubayazit ərazisində baş verib.

Silahlı toqquşma zamanı 2 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb. Əməliyyat zamanı 1 terrorçu zərərsizləşdirilib. Bölgədə terorrçulara qarşı əməliyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə