Putin: "ABŞ Suriyada humanitar fəlakəti dərinləşdirir"

Putin: "ABŞ Suriyada humanitar fəlakəti dərinləşdirir"

Rusiya prezidenti Vladimir Putin ABŞ, Fransa və Böyük Britaniyanın Suriyaya qarşı apardıqları hərbi əməliyyata münasibət bildirib. SİA-nın Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Putin bəyanatında qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan, BMT Nizamnaməsini pozaraq terrorla mübarizə aparan müstəqil ölkənin ərazisinə hücum etmək işğalçılıqdır: iki il bundan əvvəl də ABŞ və müttəfiqləri "Şayrat" aviabazasına zəhərli maddə bəhanəsi ilə hücum etmişdilər. Amma bir iz tapa bilmədilər. Bu gün də oxşar hadisələr yaşanır. Dəməşqin yaxınlığında olan Duma şəhərində insanlara qarşı kimyəvi silahdan istifadə edilməsi ilə bağlı həm rus, həm də avropalı mütəxəssislər araşdırma apardılar. Amma heç bir iz tapa bilmədilər. Avropalı mütəxəssislərin yekun rəyi verilmədən Suriyaya qarşı hərbi müdaxilənin baş verməsi başa düşülən deyil. Rusiya Suriyaya qarçı hücumu çox ciddi şəkildə qınayır".

Putin Suriyaya qarşı hücumu Yuqoslaviyaya, İraqa və Liviyaya qarşı atılan addımla eyniləşdirib. Ona görə də Rusiya BMT Təhlükəsizlik Şurasının təcili toplantısının çağırılmasını tələb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə