Şimali Atlantika Alyansı Suriyaya raket zərbələrini dəstəkləyib. SİA-nın verdiyi məlumata görə, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib: “Mən Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanın Suriya rejiminə aid kimyəvi silah obyektlərinə dair atdıqları addımları dəstəkləyirəm. Bu, rejimin gələcəkdə Suriya əhalisinə kimyəvi hücum imkanlarını məhdudlaşdıracaq”.
Xatırladaq ki, aprelin 14-ü gecə ABŞ, Böyük Britaniya və Fransa Suriyaya raket hücumu endiriblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB