XİN: “Bu əməliyyatı məmnunluqla qarşılayırıq”

XİN: “Bu əməliyyatı məmnunluqla qarşılayırıq”

“Bu əməliyyatı məmnunluqla qarşılayırıq”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və müttəfiqlərinin aprelin 14-də gecə saatlarında Suriyaya endirdikləri hava zərbələrini qiymətləndirərkən bildirib.

XİN-in açıqlamasında daha sonra vurğulanıb: “Aprelin 7-də Dumada mülki insanların ölmünə səbəb olmuş kimyəvi silahla hücumun qarşılığında ABŞ, İngiltərə və Fransanın aprelin 14-də Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı yerində edilən bir təzyiq olaraq görürük”.

Nazirlik bu əməliyyatı “insanlığın vicdanının tərcüməçisi” adlandıraraq, onu məmnuniyyətlə qarşıladıqlarını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə