ABŞ, Britaniya və Fransa Suriyaya 100-ə yaxın qanadlı və hava-yer tipli raketlər buraxıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən mətbuata bildirilib.
Nazirlikdən bu zərbələrin Suriyanın hərbi və mülki obyektlərinə hədəfləndiyi də qeyd olunur.
Raket zərbələrinin ABŞ-ın dəniz və hava qüvvələri, Fransa və Britaniynın isə əsasən hava qüvvələri tərəfindən endirildiyi bildirilir.
Raketlərin böyük əksəriyyəti Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən havada hədəflərə çatmamış vurulub. Raket hücumunun dəf edilməsi üçün 30 il əvvəl hələ SSRİ-dən alınmış “C-125”, “C-200”, “Buk”, “Kvadrat” komplekslərindən istifadə olunub.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB