Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb

Barselonada sürücü yük maşınını insanların üzərinə sürüb

İspaniyanın Barselona şəhərinin mərkəzində sürücü bilmədən yük maşınını insanların üzərinə sürüb. “Report” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

İnsanları vuran yük maşını sonda ağaca çırpılaraq dayanıb. Nəticədə 7 nəfər yüngül xəsarət alıb. Onların arasında sürücünün özü də var. İlkin məlumata görə, maşının əyləc sistemi işləməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə