İspaniya Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 1915-ci il qondarma "erməni soyqırımı" ilə bağlı təklifi rədd edib. Axar.az xəbər verir ki, Respublikaçı Kataloniya hərəkatının hələ 2016-cı ildə irəli sürdüyü təklif xarakterli qətnamə yenidən gündəmə gəlsə də 17 səslə ləğv edilib.
Məlumata görə, qətnamənin lehinə 9 səs verilib, 9 nümayəndə isə bitərəf qalıb. Bildirilib ki, qətnamənin ləğvi Türkiyənin diplomatik səyləri nəticəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB