İngilis kəşfiyyatından İraqda işgəncəli sorğu - FOTO

İngilis kəşfiyyatından İraqda işgəncəli sorğu - FOTO

İraqda koalisiya qüvvələri tərkibində xidmət keçən ingilis ordusu kəşfiyyatçısının qəddarlığını əks etdirən görüntülər yayılıb. SİA-nın məlumatına görə, İngiltərədə bir məhkəməyə göndərilən görüntülərdə kəşfiyyatçının İraqdakı həbsxanaların birində olan məhbusları sorğuladığı görünür. Sorğulama zamanı məhbusların hədələndiyi, fiziki təzyiqlərə məruz qaldığı diqqət çəkir. Görüntülərin bir qismində bəzi məhbusların başlarına çuval keçirilərək döyüldüyü görünür.

 

Bir neçə gün bundan əvvəl isə İngiltərə Xarici Kəşfiyyat İdarəsinin başçısı Jon Savers verdiyi açıqlamasında ingilis kəşfiyyatçısının iraqlılara işgəncə vermədiklərini söyləyib. Savers İngilis kəşfiyyatı səlahiyyətlilərinin böyük bir intizam və yaxşı təhsil aldığını dilə gətirib. Bununla belə ingilis kəşfiyyatının "sorğulama texnikaları" mətbuatda tez-tez müzakirə olunur. Xüsusilə "The Guardian" qəzeti ingilis kəşfiyyatının İngiltərə xaricində sorğuya çəkdiyi insanlara birbaşa olmasa da, dolayı şəkildə xüsusi cəza metodları tətbiq etdiyinə dair xəbərlər verib.

Bütün xəbərlər Facebook səhifəmizdə