Ukrayna Prezidenti Petro Poroşenkonun Almaniya Federativ Respublikasına rəsmi səfəri başlayıb. SİA-nın Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, dövlət başçısı Almaniya kansleri Angel Merkelin dəvəti ilə səfərə gəlib.
Səfər çərçivəsində Poroşenko Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, kansler Angela Merkel və xarici işlər naziri Heyko Maaso ilə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Almaniyada yeni hökumət qurulandan sonra Poroşenko ilk xarici dövlət başçısıdır ki, bu ölkəyə rəsmi səfərə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB